Mən 27 iyun 1966-cı il tarixdə Azərbaycanın Bakı şəhərində anadan olmuşam.Uşaqlıq və gənzlik illərimi Sumqayıt şəhərində keçirmiş və orta təhsilimi də burada başa vurmuşam. 1983-1988-ci illərdə Moskva Universitetində ali təhsil almışam. 1990-1991-ci illərdə menecer və kommersant ixtisası üzrə Bakıda tədris müəssisəsini bitirmişəm. Almaniya Federativ Respublikasında(AFR) 1994-cü ildən bəri yaşayıram. 1995-ci ildən burada azərbaycan və rus dilləri üzrə tərcüməçi kimi fəaliyyət göstərirəm. O vaxtdan bəri də AFR-in bir çox məhkəmələri, rəsmi dövlət idarə və orqanları, hüquqi və fiziki şəxsləri ilə yazılı və şifahi tərcümə xidmətləri sahəsində sıx əməkdaşlıq əlaqələri saxlayıram(Partnyorlar altlığına diqqət edin). 2004-cü ilin mart ayında Almaniyanın Hannover şəhərininin əyalət məhkəməsində dövlət imtahanı verərək “Azərbaycan və Rus dilləri üzrə and içmiş tərcüməçi” statusunu qazanmışam. 2006-cı ilin sentyabr ayından "Biznes - tərcüməçi" kimi sahibkarlıq fəaliyyəti göstərirəm. |